Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağdaş rayonu,Yuxarı Ləki kəndində vətəndaşa məxsus "İkarus" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:10-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Zaqatala rayonu, Bəhmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 5 otaqlı evin 1 otağında 2 ədəd döşək yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 18:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirib qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:09-da başa çatıb.

Tarix
2014.08.23 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla