Yuxarı

Bu məhsullar ucuzlaşacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərinin zəifləməsi fonunda türk lirəsi son bir neçə həftə ərzində dollar qarşısında xeyli ucuzlaşıb. Əgər türk lirəsi dollar qarşısında ucuzlaşıbsa, manat qarşısında da dəyərini itirmiş hesab edilir. Azərbaycana Türkiyədən qida, geyim məhsullarının idxal edildiyini nəzərə alsaq, həmin məhsulların qiymətində nə kimi dəyişiklik olacagı məsələsi gündəmə gəlir. Ekspertlər ucuzlaşmanın olacağını proqnozlaşdırırlar.

Xəzər xəbər-in məlumatına görə, hazırda Türkiyədə 1 dollar 4.7-4.8 lirəyə bərabərdir.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, idxal məhsullarında qiymətin enməsi gələn ayın sonuna təsadüf edəcək. İlk növbədə, əvvəlki aylarda köhnə qiymətə alınan məhsulların tam istehlak edilməsi lazımdır.

Məlumdur ki, ölkəmizdən Türkiyənin kurort şəhərlərinə dincəlməyə gedənlərin sayı çoxdur. Turizm agentləri deyir ki, lirənin dəyər itirməsi turizm sektoruna da təsir göstərəcək. Ekspert Valeh Cəfərovun sözlərinə görə, turpaketlərdə ucuzlaşma bir qədər gec yaşanacaq. Təbii ki, lirənin ucuzlaşması belə davam edərsə...

Proqnozların özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.

Tarix
2018.05.24 / 02:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla