Yuxarı

Naxçıvana onlayn bilet almaq mümkünləşdi - AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkün olacaq.

AZAL-dan Axar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapıb.

Xatırladaq ki, ölkə daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün 70 manat təşkil edir.

Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kq-dək baqajın və 10 kq-dək əl yükünün (55х40х23 sm-dək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, müvafiq endirimlərin şamil olunduğu və əlavə təsdiqləyici sənədlərin təqdim edilməsi tələb olunan xüsusi kateqoriyalı sərnişinlər üçün aviabiletlər yalnız aviaşirkətin rəsmi kassalarında, həmçinin Bakı və Naxçıvan hava limanlarında rəsmiləşdirilir.

Qeyd edək ki, Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində aviabiletləri uçuşa ən azı 48 saat qalmış onlayn almaq olar.

Tarix
2018.06.05 / 17:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

Revanşist suala Paşinyanın maraqlı cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla