Yuxarı

Jurnalistikaya qabiliyyət imtahanın şok nəticələri – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistikaya qabiliyyət imtahanın şok nəticələri – Özəl

Bu il dövlət universitetlərində jurnalistika fakültəsinə cəmi 42 tələbə qəbul olunub.

Axar.az-a verilən məlumata görə, qabiliyyət imtahanı verən abituriyentlərin yalnız 42-si bu sınaqdan keçə bilib.

Xəbərdə deyilir ki, ilk dəfə qabiliyyət imtahanı tətbiq olunub və bu yaradıcı ixtisas üzrə təhsil almaq istəyənlərin əksəriyyəti ürəkaçan nəticə göstərməyib.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq üçün cəmi 569 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər bakalavr səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazıblar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilib.

İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunub.

İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilib.

Tarix
2014.09.12 / 16:40
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla