Yuxarı

Əl-Şişani dirildi və Kadırovun başına pul qoydu - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əl-Şişani dirildi və Kadırovun başına pul qoydu - Siyahı

ABŞ-ın "Beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan lideri Ramzan Kadırovun başına pul qoyub.

Axar.az xəbər verir ki, Əl-Şişaninin Ramzan Kadırovu və onun yaxınlarını öldürənə pul mükafatı vəd etdiyi müraciəti yayılıb.

"Allaha and olsun ki, bütün bunlara artıq dözmək mümkün deyil. Kadırov və onun dəstəsinin Çeçenistanda törətdikləri vəhşilikləri sözlə ifadə etmək mümkün deyil. Onlar bütün sərhədləri keçiblər. İmanlı qadınların hicablarını, paltarlarını cırır, onları ən alçaldıcı ifadələrlə təhqir edirlər. Buna son qoymaq və Kadırov başda olmaqla onun dəstəsini məhv etmək lazımdır", - müraciətdə deyilib.

Bu bəyanatdan sonra ekran qarşısına keçən Ramzan Kadırov ABŞ və Qərbi İŞİD-i silahlandırmaqda günahlandıraraq Çeçenistan ərazisində radikalları öldürməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ Maliyyə Nazirliyi beynəlxalq terrorizmin 11 əsas fiqurunun adlarını açıqlayıb. Siyahıda haqqında 4 dəfə öldüyü xəbəri yayılan Ömər Əl-Şişaninin də adı hallanır. ABŞ-ın belə bir rəsmi siyahı yayması Əl-Şişaninin ölümü ilə bağlı yayılan xəbərlərin yalan olduğunu təsdiq edir.

Əl-Şişaninin başlarına pul qoyduğu şəxslərin siyahısını təqdim edirik:

Ramzan Kadırov – 5 milyon dollar

Adam Delimxanov – 2 milyon

Bay-Ali Tevsiyev – 4 milyon

Adam Şahidov – 3 milyon

Sultan Merzayev – 3 milyon

Salah Mejiyev – 3 milyon

Adam İlyasov – 1 milyon

Daudov Maqomed Lord – 1 milyon

Usmayev Vahid – 1 milyon

Vismuradov Əbu-Zayd "Patriot" – 500 min

Alautdinov Apti – 500 min

İslam Temişev – 500 min

Tarix
2014.09.25 / 13:42
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İran təsəvvürləri alt-üst etdi: Avropa da təhlükədə...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla