Yuxarı

Niyə küləkli və yağışlı havada internet olmur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə küləkli və yağışlı havada internet olmur?

"Yaranmış problem böyük maliyyə dəyəri olan genişzolaqlı internet layihəsi ilə bağlıdır".

Bu sözləri Axar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Müşviq Əmirov son vaxtlar internetdə xüsusilə küləkli və yağışlı hava zamanı yaranan problemlər barədə danışarkən dedi.

Onun sözlərinə görə, problemlər yeni layihənin icrasından sonra aradan qalxacaq:

"Yaranmış problem böyük maliyyə dəyəri olan genişzolaqlı internet layihəsi ilə bağlıdır. Yeni layihə internetin kəmiyyət və keyfiyyət baxımından daha yüksək şəkildə istifadəsinə imkan yaradacaq. Artıq layihə reallaşmaq üzrədir. İşlərin icrasına başlanılacaq".

Nazirlik rəsmisinin verdiyi məlumata görə, sözügedən layihənin dəyəri 400 milyon dollardır:

"İşlərə qısa zamanda başlanacaq. Nəticə etibarı ilə genişzolaqlı internet ölkənin bütün kənd və qəsəbələri də daxil olmaqla hər bir yaşayış məntəqəsini əhatə edəcək. Layihənin dəyəri təxminən 400 milyon dollar civarındadır".

Təklif olunan internetin qiymətinin dəfələrlə aşağı salındığını deyən qurum rəsmisi bundan sonra da qiymətlərin endiriləcəyini qeyd edib: "Son zamanlarda internetin qiyməti 4-5 dəfə aşağı salınıb. Bu proses gələcəkdə də davam edəcək".

Tarix
2014.09.30 / 13:01
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla