Yuxarı

Səlim Müslümov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

Oktyabrın 1-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüş olub.

Axar.az-ın nazirliyin rəsmçi saytına istinadən verdiyi məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin daim inkişaf etdirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

Nazir bildirib ki, Aİ-nin hələ ötən əsrin 90-cı illərində respublikamızda icra olunmağa başlayan TACİS layihələri ölkənin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olub.

Habelə Avropa Qonşuluq Siyasəti çərçivəsində 2004-cü ildən icra edilən Tvinninq layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aktuar hesablamaların aparılması, proqnozlaşdırma və monitorinq, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində potensial imkanlarının artırılmasında mühüm önəm kəsb edib:

"Aİ ilə əməkdaşlığın uğurlu davamı kimi, cari ilin may ayından ölkəmizdə icrasına başlanan "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi də Azərbaycan üçün vacib sahəyə yönəlib. Layihə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya sisteminin qabaqcıl Avropa təcrübəsi əsasında təkmilləşdirilməsinə xidmət edir. 2014-2016-cı illəri əhatə edən layihə üzrə avropalı ekspertlərlə birgə artıq müvafiq işlər aparılır".

S.Müslümov layihədə nəzərdə tutulan Avropa dövlətlərindən biri olan Litva Respublikası ilə qeyd olunan sahədə təcrübə mübadilələrinə başlanılmaqla, tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün uzunmüddətli tədris proqramınin hazırlanmasına başlanıldığını bildirib: "Həmçinin layihə çərçivəsində ölkənin tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan hazırlanacaq. Digər tərəfdən, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, müvafiq sahədə çalışan işçi heyətin peşəkar bilik və bacarıqlarının artırılması nəzərdə tutulub".

Xanım M.Mard Azərbaycanla Aİ arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, yeni Tvinninq layihəsinin bunun əməli ifadəsi olduğunu diqqətə çatdırıb. Layihənin əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üçün çoxşaxəli fəaliyyət sahələrini əhatə etdiyini qeyd edən M.Mard hazırda bu sahələrdə aparılan işlərin cari vəziyyətinin, layihə üzrə ümumi iş prosesinin qənaətbəxş olduğunu və nəzərdə tutulan məqsədlərə yönəldiyini qeyd edib. O bildirib ki, bu layihənin icrasının müsbət nəticələri gələcəkdə digər sahələrdə əməkdaşlıq üçün vacib əsasın yaranmasına xidmət edəcək. Görüşdə əlilliyi olan şəxslərlə bağlı iş mexanizmlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün layihə çərçivəsində aparılan işlər və bu sahədə qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Tarix
2014.10.01 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla