Yuxarı

Goranboy qatili daha kimi öldürmək istəyirmiş? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy qatili daha kimi öldürmək istəyirmiş? – Foto

"Goranboyda 7 nəfəri öldürən Rafiq Hüseynovun qonşularına güllə atması köhnə ədavətlə əlaqədardır. Onun əmisi nəvələri sayılan Aydın və qardaşı Məzahir Yusifovlar atası evinə gedən yolu kəsib, çəpərləyiblər. Atası Müzəffər Hüseynovla Yusifovlar arasında bu mübahisə üstündə məhkəmə çəkişməsi davam edir. O da kütləvi qətli törətdikdən sonra bu haqq-hesabı da çürütmək istəyib".

Bu sözləri Axar.az-a deyən yerli sakinlərdən birinin sözlərinə görə, qatil Rafiq Hüseynov Yusifov qardaşlarını da öldürmək niyyətində olub. Sadəcə, xoşbəxtlikdən güllə Aydın Yusifovdan yan keçərək, darvazaya dəyib, o da dərhal içəri qaçıb. Qardaşının isə evinə bir neçə güllə atıb. Bir neçə ildir davam edən bu mübahisəyə görə dəfələrlə onların arasında dava düşüb.

Goranboy sakininin verdiyi məlumata görə, iki gündür qatilin öz evi və atasının yaşadığı mənzil qarşısında polis postu qoyulub. Yaralı Günel Məmmədovanın ölüm xəbərini də təkzib edən adının hallanmasını istəməyən kənd sakini yaralıların hər ikisinin vəziyyətinin normal olduğunu qeyd edib.

Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb.

Tarix
2014.10.02 / 22:21
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla