Yuxarı

Metroda gediş haqqları qalxacaqmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda gediş haqqları qalxacaqmı?

"Bakı Metropoliteni"ndə ticarət köşklərinin yığışdırılması metronun gəlirlərini azaldıb. Bu səbəbdən də yaxın aylarda yeraltı nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir".

Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Aznews.az-ın sorğusuna cavabında deyib.

Onun sözlərinə görə, yeraltı nəqliyyat üçün əsas amil sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.

"Bu amil olan yerdə maddiyat əsas sayılmır. Metro stansiyalarında ticarət köşkləri xaos halındaydı. İstər sərnişinlərin hərəkəti, istərsə də təhlükəsizliyi baxımından tam bir xaos hökm sürürdü. Təbii ki, dövlət başçısının göstərişi ilə bütün bu məsələlər yoluna qoyuldu. Ticarət köşkləri ləğv edildi, sərnişinlərin zövqünü korlayan, onları rahatsız edən reklam vasitələri yığışdırıldı. Qeyd etmək yerinə düşər ki, həmin reklam vasitələrində də pərakəndəlik və nəzarətsizlik hökm sürürdü. Təsəvvür edin ki, 10-15 il bundan öncə yerləşdirilmiş həmin vasitələrə heç bir texniki qulluq göstərilməmişdi. Elə məhz bu kimi səbəblərə görə həm ticarət köşkləri, həm də reklamların fəaliyyəti dayandırıldı", - deyə Nəsimi Paşayev bildirib.

N.Paşayevin sözlərinə görə, bir sərnişinin daşınma xərcləri hazırki gediş haqqından ən az iki dəfə artıq olmasına baxmayaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Qeyd edək ki, 2010-cu ildə "Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədov mətbuata müsahibəsində metro ticarətindən ayda 70 min gəlir götürüldüyünü açıqlamışdı.

Tarix
2014.10.11 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla