Yuxarı

Antikorrupsiya əməkdaşları beynəlxalq tədbirdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antikorrupsiya əməkdaşları beynəlxalq tədbirdə

Oktyabrın 13-15-də Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının İcraya Nəzarət Qrupunun 5-ci sessiyasının davamı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə prokurorları Əmir Ocaqverdiyev və Heydər Məmmədov təmsil ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sessiya zamanı BMT-nin Korrupsiya əleyhinə Konvensiyası icmal prosesi çərçivəsində yaranan çətinliklər və müsbət təcrübələr barədə fikir mübadiləsi aparılıb, üzv dövlətlərin texniki yardım ehtiyacları müəyyənləşdirilib, Konvensiyanın icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə maliyyə və büdcələşmə məsələləri müzakirə edilib.

Əmir Ocaqverdiyev və Heydər Məmmədov sessiya iştirakçılarına Konvensiyanın tətbiqi ilə əlaqədar son dövrlərdə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.

Tarix
2014.10.18 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla