Yuxarı

Səfirlik və beynəlxalq təşkilat rəhbərləri Lənkərana gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlik və beynəlxalq təşkilat rəhbərləri Lənkərana gedir

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 27-28 noyabr tarixlərində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir.

Nazirliyin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev xatirə parkı, Lənkəran Olimpiya İdman Kompleksi ilə tanışlıq, Azərxalça ASC, Yaşılçay MMC, eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanışlıq, habelə Astara şəhərində Astara Çay MMC ilə tanışlıq və bu ərazilərdə fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzlərinə baş çəkilməsi nəzərdə tutulub.

Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da prezentasiyalar təşkil olunacaq.

Tarix
2018.11.27 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla