Yuxarı

"Başı kəsilən qızın lezbiyan olması yalandır" - Ekspertiza/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Başı kəsilən qızın lezbiyan olması yalandır" - Ekspertiza/Foto

Dünən bacısı tərəfindən başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanı hazırda polis tərəfindən mühasirəyə alınıb.

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə jurnalistlər buraxılmır.

Artıq Günelin meyiti ilkin ekspertizadan keçirilib.

"Qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb. Bakirəliyin pozulması faktı yoxdur. Günel Nuriyevanın lezbiyan olması ilə bağlı deyilənlər yalandır".

Hazırda bacısını öldürən Pərvanə Nuriyeva istintaq hərəkətlərinin aparılması üçün qətlin törədildiyi evə gətirilib.

Qonşuların verdikləri məlumata görə, onlar bu bacıları yaxşı qızlar kimi tanıyıblar. Qızlardan heç bir pis hərəkətin və ya evə kənar şəxslərin gətirilməsinin şahidi olmayıblar.

Öldürülən böyük bacı idi, hadisəni törədən əkizlərdən biridir. Ölən bacısının meyitini isə digər əkiz bacı aşkarlayıb. Valideynlərini çağırarkən isə onun öldüyünü deyil, yaralı olduğunu bildiriblər.

Məlumata görə, G. Nuriyeva bu gün saat 17-də Şəki şəhərində dəfn olunacaq.

Tarix
2014.10.23 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla