Yuxarı

“Nar”dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan  “Samsung Galaxy Note 9” qazanmaq fürsəti

“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman yenilikləri və innovativ addımları ilə seçilən “Nar” sərgidə yenilənmiş brendi ilə ən böyük stendlərdən birində öz məhsullarını təqdim edir. Dörd gün davam edəcək sərgi müddətində iştirakçılar həm “Nar” məhsulları ilə tanış olacaq, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.

Axar.az xəbər verir ki, dörd gün ərzində “Nar” stendini ziyarət edənlər texnoloji yeniliklərlə tanış olmaqla yanaşı, müxtəlif müsabiqələrdə iştirak etməklə hədiyyələr qazanacaqlar. Sərgi günlərində abunəçilər “Nar” məhsulları ilə tanış olduqdan sonra xüsusi müsabiqədə iştirak etməklə, müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

“Nar” stendinin qonaqlarına ilk dəfə mobil operatorun yeni məhsulları olan “Nar TV” və “Nar Wi-Fi” ruteri təqdim olunacaq. “Nar”-ın ən son məhsulları ilə həm əyani tanış olmaq, həm də sınaqdan keçirmək mümkün olacaq. Bundan başqa, ziyarətçilər mobil operatorun yüksək keyfiyyətli 4G sürətini test edə biləcək. Sərgidə abunəçilərə “Nar”-ın sərfəli qiymətlərə təklif etdiyi “Full” paketləri haqqında geniş danışılacaq.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 4-7 dekabr tarixlərində, saat 10:00-dan 18:00-dək davam edəcək.

“Nar” hər kəsi öz stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.12.04 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla