Yuxarı

Avropa Məhkəməsindən azərbaycanlı hakimlərə təklif - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Məhkəməsindən azərbaycanlı hakimlərə təklif - Foto

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanla görüşüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Axar.az-a verilən məlumata görə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı, Məhkəmənin fəaliyyətinə həsr edilmiş konfransların faydasını qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən elektron məhkəmənin tətbiqi, 20-dək yeni məhkəmələrin yaradılması, hakimlərin ən şəffaf prosedurlarla seçimi və tədrisi barədə məlumat verib. Bildirilib ki, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir. Həmçinin, Strasburq hakimlərinin ölkəmizdə keçirdikləri təlimlərin və cənab Şpilmanın qatıldığı İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq həyata keçirilmiş islahatları, o cümlədən vətəndaşların ədalət mühakiməsinə çatımlığının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına, infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirləri və hakimlərin şəffaf qaydada seçimini təqdir edib. D.Şpilman həmçinin gənc hakimlərin Strasburqa təcrübə mübadiləsi məqsədilə ezam olunması ilə bağlı təşəbbüs irəli sürüb. Sədr Avropa Məhkəməsinin işinə dair keçirilmiş konfransların müsbət nəticələrini qeyd edərək, gələn ilin yazında növbəti belə konfransın keçiriləcəyini bildirib, tədbirdə ölkəmizin yüksək səviyyədə təmsil olmasının əhəmiyyətini diqqətə çatdıraraq ədliyyə nazirini bu forumda iştirak üçün dəvət edib.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Elə həmin gün Avropa Məhkəməsinin sədri Din Şpilman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni binası ilə tanış olub, orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək şəraitdən, o cümlədən vətəndaşların müraciət imkanlarını asanlaşdıran ən müasir İKT-lərin tətbiqindən, eləcə də cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlığını ifadə edib.

Tədbirlərdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev iştirak edib.

Tarix
2014.10.25 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla