Yuxarı

Gömrük yeni pilot layihəyə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) TIR-EPD sisteminin tətbiqi ilə bağlı pilot layihəyə başlayır.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, dekabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yükdaşıması Kitabçası tətbiq edilməklə Beynəlxalq Yükdaşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin – TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin rəsmiləri ilə yanaşı, daşıyıcı şirkətlərin təmsilçiləri də iştirak ediblər.

Tədbirdə çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən müəyyən olunmuş siyasətə və qəbul olunmuş proqramlara uyğun olaraq, gömrük orqanları bu sahəyə öz töhfəsini verməkdədir. Bu çərçivədə, ölkəmizdə TIR-EPD sisteminin tətbiqi tranzit daşımaların asanlaşdırılması və sürətləndirilməsi işində mühüm addımlardan biridir. İdarə rəisi qeyd edib ki, TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci il dekabrın 10-dan 2019-cu il yanvarın 10-dək pilot qaydada tətbiq ediləcək.

DGK Risklərin İdarə Olunması və Risk Analizləri İdarəsinin əməkdaşı Ziya Ağayev isə vurğulayıb ki, layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da BYD proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin optimallaşdırılmasına gətirib çıxaracaq.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Fərid Vəliyev təqdimatla çıxış edib.

Bildirib ki, Azərbaycan Respublikasının tərəfi olduğu BYD konvensiyasının imkanlarından daha geniş istifadə edilməsi vasitəsilə tranzit əməliyyatlarının sadələşdirilməsi gömrük orqanlarının diqqətdə saxladığı prioritet məsələlərdən biridir. Bu çərçivədə BYD daşımaları zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən TIR-EPD sistemi ilə təqdim edilməsi, həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təmin edəcək, həm də əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsi zamanı məlumatlandırma və qeydiyyat mərhələsində, eləcə də risklərin analizi sahəsində səmərəliliyin artırılmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, BYD kitabçası ilə həyata keçirilən daşımalar zamanı prioritet qaydada sərhəd keçidinə nail olunması istiqamətində əsas addımlardan birini təşkil edir.

Qeyd edək ki, TIR-EPD sisteminin 1 ay müddətini əhatə edəcək pilot fazası ərzində komitənin aidiyyəti struktur bölmələri tərəfindən proseslərin monitorinqi aparılmaqla, təkmilləşdirilməsinə ehtiyac olan sahələr müəyyən olunacaq və sistemin tam şəkildə BYD prosedurundan istifadə edən xarici daşıyıcılara da şamil edilməsi üçün zəruri tədbirlər görüləcək.

Seminarda iştirak edən daşıyıcı şirkətlərin nümayəndələri digər dövlətlərdə həyata keçirilən daşımalar zamanı TIR-EPD sistemindən istifadə ilə bağlı təcrübələrini bölüşüb, bu sahədə ətraflı müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, hazırda BYD konvensiyasına 74 dövlətin qoşulmasına baxmayaraq, bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR-EPD sistemi tətbiq edilir.

Ölkəmizdə bu sistemin tətbiqi, BYD proseduru çərçivəsində daşımaların tam elektronlaşdırılmasını nəzərdə tutan eTIR pilot layihələrinin həyata keçirilməsi məqsədilə görülən mühüm hazırlıq tədbirlərindən biridir.

Tarix
2018.12.07 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Jolinin bəyanatını qətiyyətlə pislədi

Lapşin həbsi ilə bağlı Bakını şərlədi: Görün, nələr uydurur…

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla