Yuxarı

Azərbaycanda bu qədər uşaq piylənmədən əziyyət çəkir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Trend-in məlumatına görə, 18 yaşadək olan uşaqların hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 57 nəfər olub.

Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.

Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 66,9 faizi 0-13 yaşlı, 33,1 faizi 14-17 yaşlı olub. Oğlan uşaqlarının isə 68,4 faizi 0-13 yaşlı, 31,6 faizi 14-17 yaşlı olub.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 712 nəfər, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.

Tarix
2018.12.09 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla