Yuxarı

Sabir Rüstəmxanlı Dəmirəlin ev muzeyinin açılışında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı Dəmirəlin ev muzeyinin açılışında

Türkiyənin Bursa şəhərində Böyük Qarabağ konfransı təşkil edilib.

Axar.az xəbər verir ki, Bursanın Sənaye və Ticarət odalarında şəhər ictimaiyyəti, millət vəkilləri, siyasi partiya nümayəndələri və qeyri-hökumət təşkilatların da qatıldığı Böyük Qarabağ konfransı keçirilib. Konfransı giriş sözü ilə Azərbaycanda da olduqca məşhur olan professor Çetin Almas açıb. Ç.Almasın idarə etdiyi konfransa Türkiyənin tanınmış hüquqşünas alimləri və alimləri ilə yanaşı, azərbaycandan olan nümayəndələr - millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov da qatılıb.

Konfransda iştirak edən millət vəkili Sabir Rüstəmxanlı oktyabrın 26-da Türkiyənin Sparta bölgəsində İslamköydə Süleyman Dəmirəl muzeyinin açılış mərasimində də iştirak edib.

Türkiyənin 9-cu dövlət başçısının 50-illik siyasi fəaliyyətini və bu illərdə qardaş ölkənin inkişaf yolunu əks etdirən muzeyin açılış mərasiminə S.Rüstəmxanlı ilə yanaşı Dəmirəl ailəsinin dəvətilə Türkiyə Böyük Millət Məclisi başqanı Cəmil Çiçək, bir çox yeni və keçmiş millət vəkilləri, hökumət nümayəndələri, xarici ölkələrin dövlət başçıları, Dəmirəlin dostları və müxalifət partiyalarının başqanları qatılıb.

Tarix
2014.10.27 / 17:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla