Yuxarı

Qadınların gömrük orqanlarında xidmətə qəbulu - İmtahan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınların gömrük orqanlarında xidmətə qəbulu - İmtahan

Dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların gömrük orqanlarında xidmətə qəbulu ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

İsmayıl Hüseynov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının reallaşmasında Dövlət Gömrük Komitəsi də mühüm rol oynayır. Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İsmayıl Hüseynov nəticədə vakant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vakant yerlərı üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədəuyğun hesab olunub.

Bundan öncə xidmətə qəbulla bağlı keçirilən birinci müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdıran İsmayıl Hüseynov bu dəfə də layiqli namizədlərin müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.

Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.

Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.

Tarix
2018.12.14 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla