Yuxarı

Azərbaycan və Türkiyə arasında yeni hərbi protokol

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Türkiyə arasında yeni hərbi protokol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında qarşılıqlı təcrübə mübadiləsində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, general-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr edilməsi məsələsini müzakirə ediblər.

Aparılan danışıqlar nəticəsində Gülhanə Hərbi Tibb Akademiyasına müalicə, reabilitasiya və protezləşdirmə üçün göndərilən xəstələrin, o cümlədən təhsil alacaq tələbələrin və mütəxəssislərin sayının artırılması, orta tibb heyətinin - hərbi feldşer və tibb bacılarının hazırlanması, Müdafiə Nazirliyində çalışan mülki həkim və tibb bacılarının müxtəlif ixtisaslaşma və təkmilləşmə kurslarına ezam olunması məsələləri protokola əlavə edilib.

İlk dəfə olaraq biomedikal mühəndislər, fizikal müalicə və reabilitasiya, idman təbabəti üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi-praktik konfransların keçirilməsi, müştərək tibb jurnalının dərc olunması və Azərbaycan heyətinin Gülhanə Hərbi Tibb Akademiyasındakı seminarlara dəvət edilməsi məsələləri də müsbət həllini tapıb.

Tarix
2014.10.28 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla