Yuxarı

Azərbaycanlı ekstrasensin doğru və yalan çıxan - Proqnozları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrasenslər arasında artıq ənənə halını almış maraqlı bir proses var. Belə ki, hər ilin sonuna yaxın ekstrasenslərimiz növbəti il üçün gözlənilən hadisələrdən danışaraq, öz bacarıqlarını sübuta yetirmək istəyirlər. Belə ekstrasenslərdən biri də Nadim Əlixanovdur.

Axar.az 2017-ci il üçün verdiyi proqnozların əksəriyyətinin doğru olmaması ilə gündəmə gələn gənc ekstrasensin 2018-ci il proqnozlarını araşdırıb.

Nadim Əlixanovun 2018-ci il üçün dediyi Ukraynanın qarışması və dövlətdə böyük dəyişikliklərin gözlənilməsi fikri özünü doğrultmadı. Yeganə Kerç böhranı baş verdi ki, bu da ölkənin qarışması və dövlətdə böyük dəyişikliklər kimi təqdim edilə bilməz.

Ekstrasensin Azərbaycanda 2018-in bəzi məmurlar üçün yaxşı olmayacağı, dəyişiklik gözlənilməsi kimi fikirləri isə öz təsdiqini tapdı. Azərbaycanda apreldə keçirilən prezident seçkilərindən sonra yeni kabinet formalaşdı ki, burada keçmiş nazirlərdən bir çoxu təmsil olunmadı.

Eyni zamanda, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev, “Lifttəmir” İstehsalat Birliyinin qalmaqallı direktoru Qüdrət Şükürov və s. da daxil olmaqla, bir çoxları vəzifədən azad edildi.

Ekstrasensin Azərbaycan üçün öz təsdiqini tapan proqnozlarından biri də REAL-ın sədri İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı söylədiyi fikirlərdir.

N.Əlixanovun Türkiyədə terror hadisələri, Gürcüstanda dəyişiklik və İranda sabitlik olmayacağı ilə bağlı fikirləri də qismən təsdiqini tapdı. Belə ki, Türkiyədə kiçik miqyaslı da olsa, teraktlar oldu, İranda isə ağır iqtisadi duruma, qiymətlərin qeyri-sabitliyinə, əhalinin məişətinin gündən-günə ağırlaşmasına qarşı müxtəlif vaxtlarda kütləvi aksiyalar keçirildi. Gürcüstanda isə müxalifətin ciddi müqavimətinə baxmayaraq, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili prezident seçildi və heç bir dəyişiklik baş vermədi.

Ermənistanla bağlı verdiyi iki proqnozdan - terror olması və ölkənin qarışması ilə bağlı fikirlərindən də yalnız biri doğru çıxdı. Bu il Ermənistanda terror olmadı, ancaq aksiyalar geniş vüsət aldı və hakimiyyət dəyişikliyi baş verdi. Serj Sərkisyanın ölkədə keçirilən mitinqlərə görə vəzifədən getməsi, Nikol Paşinyanın baş nazir vəzifəsini gəlməsi və bundan sonra baş verənlər Nadim Əlixanovun fikirlərini təsdiqlədi.

Qonşu ölkələrin birində təyyarə qəzası, Rusiyada bu il futbol üzrə keçirilən DÇ-də göy geyimli komandanın qalib gəlməsi, dünya liderlərindən birinə sui-qəsd planlaşdırılması ilə bağlı proqnozlar tamamilə doğruldu. Belə ki, bu ilin fevralında Rusiyada təyyarə qəzası baş verdi və 71 nəfər həyatını itirdi, Futbol üzrə Dünya Çempionatında göy formalı Fransa komandası qalib oldu, avqustun 4-də isə Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsd təşkil edildi.

Nadim Əlixanovun 2018-ci il üçün doğrulmayan proqnozları sırasına isə aprelə qədər Qarabağ müharibəsinin olması, Əli İnsanovun azadlığa çıxması, dolların məzənnəsinin 2.5 manata çatması ilə bağlı fikirləri aiddir.

Tarix
2018.12.19 / 13:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla