Yuxarı

Nazirliyin pullu qeydiyyat qərarı qanunsuzdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazların qeydiyyatını pullu etməsi qeyri-qanunidir. Qaydalarda belə xərclər nəzərdə tutulmayıb".

Bu sözləri Axar.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirliyin mobil cihazların qeydiyyatını ödənişli etməsi məsələsinə münasibət bildirərkən dedi.

O. Gündüzün sözlərinə görə, rəsmi məlumatda qeyd olunan xərclər qanuni olaraq əsaslandırılmayıb:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi elan etdi ki şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli olacaq. Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı üçün 5 manat, sahibkarlıq fəaliyyəti məqsədi ilə olanlar üçün 0.20 manat müəyyən edilib. Tamamilə anlaşılmaz və qeyri-qanunidir. Qaydalarda belə xərclər nəzərdə tutulmayıb. Rəsmi məlumatda qeyd olunan xərclər qanuni olaraq əsaslandırılmayıb. Artıq sistem qurulub və qaydalarda nəzərdə tutulan xərclər də mobil operatorlar tərəfindən ödənilib. Əgər mobil operatorlar quraşdıracaqları avadanlıqlar, proqram təminatları, sistemlərinin təhlükəsizlik məsələləri ilə bağlı xərcləri özləri ödəyirlərsə, onda hər bir nömrədən alınacaq kifayət qədər böyük məbləğ - 5 manat hansı xərcləri ödəyəcək? Deməli, vətəndaş 25 manat verib telefon alacaq, onun da 20% ni əsassız yerə RYTN-ə verməlidir. Bu necə ola bilər axı?".

O. Gündüz qeyd edir ki, nazirliyin bu siyasəti heç bir şəkildə anlaşılan deyil:

"Bu sistem Dövlət Gömrük Komitəsinin də sisteminə qoşulub və ölkəyə daxil olan telefonlarla bağlı məlumatlar elə oradan da avtomatik formada alınıb emal olunursa, hansı əlavə xərclərdən söhbət gedir, anlaşılmazdır. Xüsusilə də, əgər bu elektron formada da həyata keçiriləcəksə, bununla bağlı Elektron hökumət portalında artıq imkan nəzərdə tutulubsa, bütün məlumatları da vətəndaş özü sistemə daxil edəcəksə, onda daha hansı xərclərin ödənilməsi anlaşılan deyil. Axı bütün bunlar əlavə işçiyə, digər resurslarda ehtiyac yaratmır, əksinə, xərcləri daha da azaldır. Bir yandan elektron formaya keçirilir, məsrəflər azaldılır, bir yandan da ödənişli edilir. Ümumiyyətlə, bu siyasət anlaşılan deyil. Düşünürdüm ki, nazirlik bəlkə də könüllü qeydiyyata görə vətəndaşlara əlavə güzəştlər verəcək".

O.Gündüzün fikrincə, mobil telefonların qeydiyyat məsələsindən istifadə etmək istəyənlər var:

"Məncə, burada anlaşılmazlıq var. Kimlərsə bu sistemdən istifadə edərək ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə gəlir götürmək istəyirlər".

Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların İMEİ nömrəsinin qeydiyyatı - 0.20 AZN olacaq.

Tarix
2014.11.04 / 20:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla