Yuxarı

Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi

13:55

Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması haqda məlumat 8 yanvarda yayılmışdı.

Məlumatda Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Binəqdi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımovun işdən azad edildiyi bildirilirdi.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib etdi.

Bunun ardınca sözügedən rəislərin vəzifədən azad edilməsi ilə bağlı yenidən məlumat yayılıb.

Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayevin işdən çıxarılması ilə bağlı məlumat Daxili İşlər Nazirliyindən bir daha təkzib edilib.

Nazirikdən Axar.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov isə işdən azad ediliblər.

***

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax Rayon Polis Şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi təyin olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.

Məlumatı Report-a DİN mətbuat xidmətinin rəsi müavini Orxan Mansurzadə təsdiqləyib.

Tarix
2019.01.17 / 16:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla