Yuxarı

Ordumuzun bölüklərində bu vəzifələr bərpa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin, qoşun qismlərinin və əlahiddə bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplanışı keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Orduda islahatların davam etdirildiyini vurğulayaraq bildirib ki, son illərdə bu istiqamətdə aparılan uğurlu işlərdən biri də bölüklərdə və əlahiddə bölmələrdə şəxsi heyətlə iş üzrə müavin vəzifələrinin bərpa olunmasıdır. O, bu addım şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində qısa müddətdə müsbət nəticə verdiyini xüsusi olaraq qeyd edib.

Nazir müavini şəxsi heyətlə iş üzrə bölmələrin Müdafiə Nazirliyi strukturunda mühüm xidmət sahələrindən biri olduğunu bildirərək ordu rəhbərliyi tərəfindən bu məsələyə ciddi diqqət yetirildiyini, eyni zamanda Ali Baş Komandanın və müdafiə nazirinin vəzifəli şəxslər qarşısında qoyduğu mühüm tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və 2019-cu tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə deputat Aydın Mirzəzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məlahət Muradova, Mədəniyyət Nazirliyinin Mədəniyyatşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov, “Aspera” Psixoloji Yardım Mərkəzinin əməkdaşı Rafiq Allahverdiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Əli Nağıyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə müsbət təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Toplanışın yekununda 2018-ci tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında əmr oxunub və bu il mənəvi-psixoloji hazırlığın təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

Tarix
2019.01.18 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla