Yuxarı

İnstitutlar birləşir, ixtisarlar qaçılmazdır – Vitse-prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnstitutlar birləşir, ixtisarlar qaçılmazdır – Vitse-prezident

AMEA-da islahatların aparılmasına dair Prezident İlham Əliyevin imzaladığı fərman günün tələbi və zamanın çağırışıdır. Akademiyada bu istiqamətdə aparılacaq islahatlara böyük ehtiyac var idi.

Bu sözləri Axar.az-a AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan qurumlarda islahatların aparılması haqda fərmanını şərh edərkən deyib. O bildirib ki, bəzi ekspertlərin islahatlarla bağlı səsləndirdiyi təkliflər reallıqdan uzaqdır:

“KİV-lərdə və sosial mediada səslənən fikirləri yalnız müxtəlif təhsil ekspertlərinin, ayrı-ayrı şəxslərin sərbəst təklifləri hesab etmək olar. Çünki onların bir çoxu mövcud reallıqları əks etdirmir. Nəzərə almaq lazımdır ki, AMEA-dakı islahatlar Prezident Administrasiyasında təşkil olunacaq İşçi Qrupu tərəfindən aparılacaq. Həmin İşçi Qrupunun açıqlaması olmadan KİV-lərdə səslənən və geniş yayılan fikirlər bir çox hallarda reallıqdan doğmur. Bu fikirlər o adamların şəxsi baxışıdır”.

İsa Həbibbəyli Akademiya tərəfindən islahatlarla bağlı həyata keçirilən tədbirlər barədə danışaraq, ixtisarların və birləşmələrin qaçılmaz olduğunu qeyd edib:

“Akademiya islahatlarla əlaqədar təkliflərini formalaşdırır. Rəhbərlik buna hazırlaşır və bir neçə dəfə bu istiqamətdə söhbətlər aparılıb. Hər şey iş prosesində aydın görünəcək. Sözsüz ki, ixtisarlar da, qruplaşmalar da, attestasiya da faktor kimi iştirak edəcək. Onların hansı səviyyədə olması isə yaxın gələcəkdə məlum olacaq”.

Tarix
2019.01.24 / 12:32
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Azərbaycanlı prezidentlər bir-birini təbrik etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla