Yuxarı

Paşayeva bu birliyin fəxri üzvü seçildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva bu birliyin fəxri üzvü seçildi – Foto

Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib.

Axar.az xəbər verir ki, kənd rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə millət vəkili hər bir azərbaycanlını şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarımıza diqqət göstərməyə çağırıb.

Q.Paşayeva bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş bütün məmurların, millət vəkillərinin və vətəndaşların şəhid ailələrinə münasibəti ilə bağlı ortaya çox gözəl bir örnək qoyur.

Millət vəkili prezidentin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısını artırılması məqsədilə birdəfəlik ödəmə və şəhid ailəsi üçün təqaüdün artırılması ilə bağlı son fərmanlarını yüksək qiymətləndirib.

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə geniş fikir mübadiləsi aparıb.

Q.Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz bölməsinin rəhbəri və üzvləri ilə görüşüb.

Görüşdə Milli Ordunun 100 illiyi şərəfinə təsis edilən xatirə medalı və birliyin fəxri üzvlüyü barədə vəsiqə millət vəkilinə təqdim edilib.

Tarix
2019.02.09 / 12:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla