Yuxarı

Heydərov əməkdaşlarını Şamaxıya göndərdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərov əməkdaşlarını Şamaxıya göndərdi - Foto

Fevralın 8-də Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.

Axar.az xəbər verir ki, nazir müavini və aidiyyəti qurum rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət aparıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz olaraq çalışırlar.

Tarix
2019.02.09 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla