Yuxarı

Deputat tələbələrin suallarını cavablandırdı – Görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat tələbələrin suallarını cavablandırdı – Görüş

Millət vəkili Qənirə Paşayeva Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin V Universitet sessiyası, “Qadın liderliyinin gücləndirilməsi və şəxsiyyətin sosial inkişafı” mövzusuna həsr olunmuş tədbirlər çərçivəsində ADA Universitetində gənclərlə görüş keçirib.

Axar.az xəbər verir ki, deputat görüşdə geniş məruzə ilə çıxış edərək bir çox vacib məqamlara toxunub.

O bildirib ki, qadınların dövlət və cəmiyyətin idarə olunmasından tutmuş həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunduğu ölkələr daha çox uğur qazanır:

“Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər daim uğursuzluğa düçar olur. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə Azərbaycanın dövlət siyasətində önəmli yer tutur”.

Q.Paşayeva deyib ki, Azərbaycanda gender bərabərliyi məsələsinə diqqət daha da artırılmalıdır:

“İlk növbədə ailələr və məktəblər uşaqları bu istiqamətdə maarifləndirməyə, tərbiyə etməyə başlamalıdır. Dövlət qurumları, QHT, mətbuat da bu sahəyə həssas yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir”.

Toplumun inkişafının qadınların təhsilindən keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz, işsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı anadan keçir”.

Millət vəkili ölkəmizin inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də danışıb:

“Erməni diasporu və lobbisinin Azərbaycan əleyhinə təbliğatlarına qarşı ciddi mübarizəyə aparmalıyıq. Hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir.

Deputat həmçinin gənclərin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı suallarını da cavablandırıb.

Tarix
2019.02.14 / 11:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla