Yuxarı

Bu uşaqlara 200 manat müavinət veriləcək - Nazirlik açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu uşaqlara 200 manat müavinət veriləcək - Nazirlik açıqladı

Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manat təşkil edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Tarix
2019.03.02 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla