Yuxarı

“Bakcell” mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakcell” mobil texnologiya sahəsində ən son yenilikləri ölkəyə gətirir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti mobil sənayenin paytaxtı Barselonada keçirilən Dünya Mobil Konqresinə qatılıb. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Axar.az xəbər verir ki, ənənəvi olaraq hər il keçirilən bu tədbir çərçivəsində 2400-dən artıq şirkət tərəfindən mobil kommunikasiya bazarının gələcəyini təşkil edəcək ən son məhsul və texnologiyalar nümayiş olunur, dünya səviyyəli konfranslar və peşəkar panel müzakirələri keçirilir.

Konqresdə iştirak edən “Bakcell” nümayəndələri burada təqdim olunan ən son texnoloji yeniliklər və sənayenin ən müasir tendensiyaları ilə tanış olub, bir sıra maraqlı panel və müzakirələrdə iştirak ediblər.

İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti Azərbaycandakı mobil rabitə istifadəçilərinin ən son texnologilayardan yararlanması üçün əlindən gələni edir. Qlobal telekommunikasiya tendensiyaları ilə ayaqlaşmaq məqsədilə, “Bakcell” müntəzəm qaydada ən nüfuzlu telekommunikasiya tədbirləri və sərgilərdə iştirak edərək abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərməyinə kömək edə biləcək ən yaxşı ideyalar ilə qayıdıb onları tətbiq etməyə çalışır. “Bakcell” öz şəbəkəsinə və müştəri təcrübəsinin daha da inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcək.

Tarix
2019.03.05 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı böhtan - Türkiyə saytının şəri...

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla