Yuxarı

Polisdən böyük əməliyyat: Külli miqdarda narkotik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən böyük əməliyyat: Külli miqdarda narkotik...

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 800 qramdan artıq heroin və 3,2 kiloqramdan çox marixuana götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Tülü kənd sakini, əvvəllər məhkum olunmuş X.Bayramovdan marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 4,5 kiloqramdan artıq marixuana götürülüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 440 qram marixuana götürüblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Tarix
2019.03.08 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana neft məhsulları yola salınır

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla