Yuxarı

Beynəlxalq Bank bu əlavəni yenilədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib. Bununla da IBAm ən çox hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi IBAm istifadəçiləri cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini IBAm vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.

Mobil əlavədə bu son yenilənmə müştərilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilib. Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bununla bağlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron xidmətlər üzrə lider bankdır. Bank elektron xidmət infrastrukturunu getdikcə inkişaf etdirir. IBAm mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu. Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”.

IBAm vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. IBAm istifadəçiləri bütün bunlardan əlavə, aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

-Hesablar barədə məlumatın əldə edilməsi;

-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

-Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

- Ölkədaxili hesablararası köçürmələr;

-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Bankın internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.03.14 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla