Yuxarı

Problemi bu yolla həll edə bilərik – Millət vəkilindən təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisələrində oxuyan tələbələrin hansı şəraitdə yaşadıqları, hansı şəraitdə dərsə hazırlaşdığı məsələsinə toxunmaq istəyirəm. On minlərlə tələbənin yataqxanaya ehtiyacı var.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov parlamentdə çıxışı zamanı bildirib.

Vitse-spiker Milli Məclisin 2016-cı ildə müvafiq qanun qəbul etdiyini qeyd edib:

“Biz bu qanuna əlavələr etsək, onun normativ hüququ prosedurlarını hazırlasaq, yataqxanaların tikilməsi üçün qanuni baza yarada bilərik. Bundan sonra Təhsil Nazirliyi müvafiq tender keçirə, sahibkarlıq və biznes subyektləri bu tenderdə iştirak edə bilər. Nəticədə qalib gələn şirkət yataqxana tikə, onun istismarını həyata keçirə bilər. Tələbələrimiz də günün tələbatına uyğun olaraq yaşamaq və oxumaq imkanı əldə edə bilər”.

Valeh Ələsgərov əlavə edib ki, bu yükü dövlət üzərinə götürə bilməz:

“Lakin biznes strukturları işə cəlb edilsə, problemin həllinə, onun tərpənişinə cəhd olunar. Dövlət bu prosesə başqa formada dəstək verə bilər. Məsələn, tenderdə qalib gələn şirkətə dövlət torpaq ayıra, onu vergidən azad edə bilər. Nəticədə tələbələr daha az ödəniş etməklə yüksək keyfiyyətli şəraitlə təmin oluna və təhsilini davam etdirə bilər. Hesab edirəm ki, bu yolla getsək, problemi müəyyən qədər həll etmək olar”.

Tarix
2019.03.15 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla