Yuxarı

Bu şəxslərin maaşı artırılır - Məbləğ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin maaşı artırılır - Məbləğ

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.

Report xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib:

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əməkhaqqı alır.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2019.03.18 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində... - Foto

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmi... - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla