Yuxarı

İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir

Bu gün ölkədə xalq arasında “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” adlanan sonuncu çərşənbə bayramı qeyd edilir. Bu bayramın özəlliyi həm də rəngarəgliyindədir.

Axar.az baharın gəlişinin müjdəçisi olan və torpağın oyandığı günün simvolu hesab edilən İlaxır çərşənbə ilə bağlı ənənələrin bir qismini təqdim edir:

Lənkəranda İlaxır çərşənbənin səhəri gənclər, nişanlılar Lənkərançaya gedirlər, bardaqlara su doldururr, arzu tuturlar. Bu mərasim zamanı gənc oğlanlar özlərinə qız bəyənir, çoxu isə bəxtinin açılması üçün dualar edir.

Şərur rayonunda İlaxır çərşənbənin gəlməsinə ən azı bir ay qalmış hazırlıq işləri başlayır. Evlər, həyət-baca təmizlənir, paltar-palaz yuyulur. Hamı bayrama təzə paltar geyinməyə cəhd edir.

Qazax və Ağstafada İlaxır çərşənbədə kişilər qadın paltarı geyinərək küçələrdə gəzir və camaatı güldürürlər. Qadın paltarı geyinən kişilər başlarına parik taxaraq musiqi sədaları altında, çox vaxt isə özləri də mahnı oxuyaraq küçələri gəzirlər.

Qəbələdə İlaxır çərşənbədə axar su üzərindən tullanmaq adətdir. Xüsusilə subay qızlar axar suyun üzərindən tullanır, həmin sudan bir qab da götürərək lal, danışmaz-dinməz halda evə gəlib həmin suyu cehizlərinin

Tarix
2019.03.19 / 16:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla