Yuxarı

Reyd: 896 sürücü saxlanıldı, 295 piyada... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Reyd: 896 sürücü saxlanıldı, 295 piyada... - Foto

Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirilib.

İdarədən Axar.az-a verilən məlumata görə, paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunub.

Paytaxt üzrə keçirilən kütləvi tədbirdə əsas məqsəd yol hərəkətinin təhlükəsizliyinin etibarlı təminatında hər bir insanın məsuliyyət hissinin artırılması olub. Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 17 nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib, avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər görülüb.

Eləcə də keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində küçə ticarəti ilə məşğul olduqlarına görə 106, avara və dilənçiliklə məşğul olduqlarına görə 14 nəfər müəyyən olunub.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Tarix
2019.03.30 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla