Yuxarı

Pensiyalar artıb – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyalar artıb – Rəsmi

Bu gün Beynəlxalq Əlillər günü münasibətilə Dövlət Sosial Müdafiə Fondu bu sahədə görülən işlər barədə açıqlama verib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən məlumata görə, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib.

Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 01 dekabr 2014-cü il tarixə bu məbləğ 149,2 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251,4 manat təşkil edir. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Xatırladaq ki, 1 oktyabr 2014- cü il tarixdək Azərbaycanda əmək pensiyası alan 1 milyon 288 min 680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir.

I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1 faizi isə dövlət qulluqçularıdır.

Tarix
2014.12.03 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla