Yuxarı

Bərdədə polis belə yandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə polis belə yandırıldı - Video

Bu gün Bərdədə gözlənilməz bir cinayət işlənib. Sürücü polis əməkdaşını yandırıb.

ANS TV hadisə şahidlərinə istinadla xəbər verir ki, axşam saatlarında işıqforu qırmızı işıqda kecməyə çalışan sürücü polis əməkdaşı tərəfindən saxlanılıb. Polis sürücüdən sənədlərini və sərxoşluq müayinəsindən keçməsini tələb edib. Avtomobili hadisə yerində qoyaraq uzaqlaşan sürücü Elçin Cəfərov isə təqribən 10 dəqiqə sonra qayıdıb. Əlindəki qabda olan benzini polis əməkdaşı Aqil Quiyevin üzərinə töküb. Yanğın nəticəsində həm polis əməkdaşı, həm də sürücü Elçin Cəfərov alovlar içində qalıb.

"Gördüm, yolun ortasında nə isə yanır. Cammat da toplaşıb başına, dartışırlar o yana, bu yana. Oğlan da yananı söndürür. Serjant özü də alışdı. Qolu yandı, biz də kömək elədik, söndürdük. Qoydular maşına, apardılar" – deyə hadisə şahidi Tariyel Balakişiyev bildirib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Aqil Quiyevin hər iki əli yanıb. Bu gün səhər saatlarında evə buraxılan polis əməkdaşının vəziyyəti qənaətbəxşdir. Hadisənin törətməkdə şübhəli bilinən rayon sakini Elçin Cəfərov artıq polis tərəfindən saxlanılıb. Hadisə ilə baglı Baş Prokurorluğun açıqlamasında bildirilir ki, sürücü Elçin Cəfərov barəsində hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Tarix
2014.12.03 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla