Yuxarı

Moskvada mühüm konfrans başladı: Bakını o təmsil edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada mühüm konfrans başladı: Bakını o təmsil edir

Rusiya paytaxtında 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb.

Report-un məlumatına görə, tədbir zamanı dünyanın 111 ölkəsindən olan mindən çox nümayəndə qlobal və regional təhlükəsizlik məsələlərini, eləcə də Venesuela, Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcək.

Konfransın açılış mərasimində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak edir.

O, Rusiya Prezidentinin forum iştirakçılarına məktubunu oxuyub.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çıxış edərək, dünyada baş verən terrorçuluqdan danışıb. O, NATO-nun Rusiya sərhədlərinə doğru genişləndiyini, buna qarşı cavab tədbirlərinin gecikməyəcəyini bildirib.

Müdafiə naziri həmçinin Rusiyanın nüvə silahlarının dünyada yayılmasına qarşı olduğunu və bunun üçün əlindən gələni etdiyini söyləyib.

Açılışda həmçinin Xarici İşlər naziri Sergey Lavrov da çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı tədbirdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tarix
2019.04.24 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

Prezident Dan Yorgenseni qəbul etdi

Bürc Xəlifəyə zərbə: Bu görüntü hər kəsi aldadır - Video

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

Milli Məclisin növbəti iclası başladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla