Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar
13:29
| Ana səhifə Planet |
|
İran danışıqlar zamanı 11 nüvə bombası hazırlamaq üçün istifadə edilə bilən 460 kq 60% zənginləşdirilmiş uran ehtiyatına malik olduğunu utanmadan və qürurla elan edib.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Foks Nyus”a müsahibəsində deyib.
“İran təxminən bir həftə, bəlkə də on gün ərzində 60 faiz zənginləşdirilmiş uranı 90 faiz zənginləşdirilmiş urana çevirə bilər və onları dayandırmaq olmaz”, - o bildirib.
Qeyd edək ki, Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu 26 fevralda Cenevrədə keçirilmişdi. İsrail və ABŞ isə 28 fevralda İrana qarşı hərbi əməliyyata başladı.
|
Tarix
2026.03.03 / 12:00
|
Müəllif
Sevgi İsmayılbəyli
|