Yuxarı

"Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Birbank"ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Birbank-ın 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri arasında keçirilən Yeni il lotereyası yekunlaşıb. Qaliblər 23 fevral 2026-cı il tarixində baş tutan tirajda bəlli olub. 3 000 000-a yaxın Birbanklının şansını sınadığı lotereyada 10 000 nəfər təsadüfi seçim əsasında qalib adını qazanıb.

Lotereyada 9 900 nəfər müxtəlif (10, 25, 50, 150, 250) Bir bonusu qazandığı halda, 9 nəfər “iPhone 17 Pro” markalı mobil telefona sahib olub. 20 qalibə “Apple Watch SE2”, 30 qalibə 500 manat dəyərində səyahət paketi hədiyyə olunub. 40 nəfər isə “AirPods 4” qulaqlığını qazanıb. Lotereyanın superprizi olan Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzil isə 1 nəfər şanslı Birbanklının payına düşüb.

Lotereya qaliblərinin siyahısı: www.b-b.az/ HYPERLINK "http://www.b-b.az/qaliblersiyahi"q HYPERLINK "http://www.b-b.az/qaliblersiyahi"aliblersiyahi

Qeyd edək ki, lotereyada iştirak qeydiyyatsız həyata keçirilib. Belə ki, Birbank debet, Birbank taksit və Birbank Star kartları ilə ödəniş edən hər kəs lotereyada avtomatik iştirak etmək şansı qazanıb.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.03.03 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bölgələrimizdə uçan dronlar kimindir? - Video

Təxliyə ilə bağlı göstəriş verilib - İrandakı səfirimiz

Prezidentdən İranla bağlı mühüm tapşırıq

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Nazir

Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi...

Əli Əsədov Cövdət Yılmazla İranın hücumunu müzakirə etdi

Naxçıvana dron hücumu: İran bunu vəd etdi - Bayramov

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla