Yuxarı

“Azəriqaz”dan qazın limiti ilə bağlı mühüm - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz”dan qazın limiti ilə bağlı mühüm - Açıqlama

Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, “Azəriqaz” bu qərarı icra edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib:

“Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır.

Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da TŞ verə bilər. Azəriqaz İB icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, AİB tərəfindən icrası həyata keçiriləcək”.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər. İqtisadçı Vüqar Bayramov isə bildirib ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

Tarix
2019.04.24 / 13:06
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla