Yuxarı

İçərişəhərlə bağlı yeni həyəcan: qala divarına müdaxilə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının tarixi yerlərindən olan İçrişəhərdə qədim qala divarlarına bitişik formada yeni obyektin inşası narazılıq doğurmasına baxmayaraq, qala divarları boyunca yeni tikinti işləri aparılır.

Axar.az xəbər verir ki, tikinti ilə bağlı yeni paylaşımı sosial şəbəkə istifadəçisi Rəsul Həsən edib. Onun paylaşdığı fotolardan məlum olur ki, qala divarları boyunca qədim daşların üzəri yeni üzlük daşlarla örtülür. Ancaq tikintinin hansı səbəbdən aparıldığı məlum deyil:

“1-ci fotoda görünür ki, divar artıq yeni daşlarla hörülüb. Köhnə və yeni daşların arasındakı fərqi görə bilərsiniz. İkinci fotoda da belə güman edirəm ki, divarın rənglənmiş hissəsidir. Böyük ehtimalla burada yerləşən restoranlar artıq divarı məhv etmişdi”.

Lakin İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruq İdarəsindən bildirilib ki, fotolar köhnədir. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyevanın sözlərinə görə, fotolar 3 noyabr 2018-ci ilə aiddir. Həmçinin bildirilib ki, heç bir tikinti aparılmayıb, əksinə, divar restavrasiya olunub.

İdarədən qala divarları boyunca yerləşən “Bürc Qala”, “Kasamasa”, “Qədim ev” kimi restoranlarla bağlı isə heç bir açıqlama verilməyib. Ərazidə yerləşən “Təndir”, “Manqal” kimi restoranlar artıq divara ziyan da vurub.

Fotoları paylaşan R.Hədən bildirib ki, 2011-ci ildə ərazi boş olsa belə, hazırda tamamilə zəbt olunub. 2012-ci ildə ərazidəki tikinti işləri zamanı oraya əlavə bürc də tikilib.

İçərişəhər DTMQİ-dən onu da qeyd ediblər ki, İçərişəhərin turizm potensialı nəzərə alınaraq bu obyektlər tikilir.

Tarix
2019.04.24 / 15:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla