Yuxarı

Bakının bu qəsəbəsi ağ günə çıxır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu qəsəbəsi ağ günə çıxır - Foto

Müşfiqabad qəsəbəsinin yollarında aparılan təmir Qaradağ rayonu ərazisində aparılan işlərə daxildir. Sözügedən qəsəbədə ilk növbədə əsas küçələr təmir edilir. Ardınca isə ara yollar da tamamilə təmir ediləcək.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Müşfiqabad qəsəbəsində yollarda aparılan təmir işləri ilə əlaqədar danişarkən deyib.

A.Nəcəfli bildirib ki, işlər çərçivəsində artıq Qaradağ rayonunda 2.2 km uzunluğa malik 4 küçənin təmiri yekunlaşıb. Ancaq təmir hələ davam edir:

“Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər aparılır.

Bu ildən başlanılan işlər çərçivəsində 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılıb. Bura Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri də daxildir.

Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb”.

A.Nəcəfli bildirib ki, hazırda təmir işləri Qaradağ rayonu üzrə Müşfiqabad qəsəbəsindəki 1.3 km uzunluğa malik 28 May küçəsində aparılır:

“Müşfiqabad qəsəbəsinin mərkəzi yolun genişləndirilməsi isə nəzərdə tutulmayıb. İşlər ancaq təmir məqsədilə aparılır. Ara küçələrin də təmiri həyata keçiriləcək, ancaq sıra ilə. Hazırda işlər əsas küçələrdə gedir. İndi həmin layihə üzrə təmir təkcə Müşfiqabad qəsəbəsində aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq, Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda işlərinin davam etdirilməsi də nəzərdə tutulur. Bu səbəbdən ara küçələrin təmiri də ardıcıllıqla olacaq.

Qəsəbə üzrə işlər tam olaraq 2023-cü ilə qədər yekunlaşacaq”.

Tarix
2019.04.26 / 13:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla