Yuxarı

Qala divarındakı bürcün sökülməsi... – Aparat rəhbəri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən ictimai iaşə obyektləri 10 ildir fəaliyyət göstərir və texniki cəhətdən pis vəziyyətə düşdüyü üçün yarana biləcək problemlərin qarşısı alınmaq məqsədiylə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən rekonstruksiya işləri aparılır.

Axar.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, rekonstruksiya işləri “Manqal”, “Sehirli Təndir”, “Qala divarları” restoranlarını əhatə edir:

“Həmin restoranların köhnə divar konstruksiyaları sökülərək, yeni metal və şüşə konstruksiyalarından ibarət obyektlər tikilir. Bu təmir işlərinin bitməsinə çox az vaxt qalıb. Yay aylarının əvvəllərində layihə tam olaraq bitəcək və sahibkarlara təqdim ediləcək.

Sosial şəbəkələrdə təmir işləriyə bağlı paylaşılan görüntülər 2011-ci ilə aiddir. Bu görüntülər yeni işlər kimi qələmə verilir. Bu, müxalif qüvvələrin ölkəmizdə keçirilən beynəlxalq yarışlardan öncə hər zaman etdikləri bir təxribatdır. Dağılmış bürclərlə bağlı görüntülər paylaşırlar. Həmin görüntülər 2011-ci ildə bizim apardığımız restorvasiya işləri zamanı çəkilib. Belə ki, idarə fəaliyyət göstərdikdən bir neçə il sonra arxiv məlumatlarında həmin bürcün əsl görüntülərini əldə etmişdi. Bu məlumatlardan aydın oldu ki, 1954-cü ildə həmin ərazidə sovet mütəxəssisləri tərəfindən səriştəsiz restorvasiya işləri aparılıb. Təmir işləri zamanı erməni əsilli memar tərəfindən bürc sökülərək, yerində düz divar tikilib. Fotoları da var. Bu bürcün ilkin görünüşünü arxivdən tapdıqdan sonra dövlət səviyyəsində məsələ qaldırdıq və bərpa edilməsinə nail olduq”.

R.Qasımov onu da bildirib ki, İçərişəhərdə bir çox bərpa işləri həyata keçirilib:

“Son illər Qız qalası, Məhəmməd məscidi, Bəylər məscidi, Şirvanşahlar Sarayı Kompleksi, Dördbucaqlı qala, Qala divarları və s. əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib. İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, ərazidə mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də qala divarlarının görünüşünə xələl gətirir”.

Tarix
2019.04.26 / 13:13
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla