Yuxarı

Nazirlik özəl şirkətləri cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik özəl şirkətləri cərimələdi

Cari ilin noyabr ayı ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1953 fakt aşkar olunub.

Bu barədə Axar.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aparılan təhlillər zamanı bu hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,1 faizi (128 969 manat) dövlət büdcəsinə ödənilib. Qeyd olunan göstərici 2013-cü ilin noyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 26,9 dəfə çoxdur.

Qeyd edək ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi işçi vətəndaşların əmək hüquqlarının təminatına, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Tarix
2014.12.08 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla