Yuxarı

Kitabxanaları gənclərin ayağına gətirməliyik - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kitabxanaları gənclərin ayağına gətirməliyik - Millət vəkili

Kitaba dəstək cəmiyyətə, inkişafa dəstəkdir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva IV Buktreyler Festivalına çıxışı zamanı deyib.

Millət vəkili bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib və festivalın qaliblərini təbrik edib. Q.Paşayeva bildirib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir:

“Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik. Gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq üçün hər yerdə kitab təbliğ olunmalıdır. Gənclərimizi cəlb etmək üçün kitabxanaları gənclərimizin ayağına gətirməliyik. Parklarda ”Mən oxudumsa, sən də oxu” şüarları altında xüsusi materialdan hazırlanmış kitab rəflərinin qoyulması, nəqliyyat qurumları ilə əməkdaşlıq edərək uzun yol qət edən avtobuslarda kitab oxumağın, mütaliənin təbliğ edilməsi məqsədilə addımların atılması, rayonlarda kitab evlərinin yaradılması, tanınmış yazar, şair və ziyalılarımızın bölgələrə dəvət olunması, onlarla görüşlərin keçirilməsi, onların kitablarının imza günlərinin keçirilməsi öz müsbət töhfəsini verə bilər”.

Tarix
2019.05.02 / 20:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla