Yuxarı

Qətər mediası Heydər Əliyevdən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətər mediası Heydər Əliyevdən yazdı

Azərbaycan Respublikasının Qətərdəki səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilisdilli “The Peninsula” qəzetində Ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan xalqının 10 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi şəxsiyyət olduğu diqqətə çatdırılıb.

Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Onun 1923-cü ilin 10 may tarixində Azərbaycanın Naxçıvan şəhərində doğulduğu bildirilərək, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri olduğu, 1982-ci ildə isə Sovet İttifaqının rəhbər vəzifələrindən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduğu nəzərə çatdırılıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydəri Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırladılaraq, onun 1993 və 1998-ci illərdə iki dəfə ölkə Prezidenti seçildiyi diqqətə çatdırılıb.

Yazıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və aktiv fəaliyyəti sayəsində ölkənin Şərq-Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi nəzərə çatdırılıb.

Tarix
2019.05.07 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla