Yuxarı

Azərbaycanlıların yaşadığı kənddə məktəb yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların yaşadığı kənddə məktəb yandı

Gürcüstanda azərbaycanlıların yaşadığı Qasımlı kəndində orta məktəbdə yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Ermənistan ilə sərhəddə yerləşən Qasımlı kəndinin əhalisi yanğının digər evlərə keçməsindən ehtiyatlanır.

Məktəbin direktoru Əhməd Nağıyev açıqlamasında bildirib ki, məktəb 26 ildir qəzalı vəziyyətdədir: "Hadisə günorta saat 15.00-da baş verib. Biz məktəbi odunla qızdırırıq. Düşünürəm ki, yanğın sobadan düşüb. Öncə məktəbin damındakı quru taxtalar yanmağa başlayıb və alov o biri otaqlara keçib. 8 otağımız yanıb. Bizim kənddə şagirdlərin oxumağına şərait və yer yoxdur. İki növbədə dərs keçirik. 1988-ci ildə Ermənistanın Spitak şəhərində Zəlzələ baş verən zaman bizim məktəbin divarları dərin çat verdi və Gürcüstan Təhsil Nazirliyi məktəbdə dərslərin keçirilməsinə qadağa qoydu. Gürcüstanın indiki prezidenti Georgi Marqvelaşvili isə təhsil naziri vəzifəsində işləyərkən məktəbimizin təmir olunacağına dair vəd versə də, bu, yerinə yetirilmədi. Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişik. Hamı məktəbin vəziyyətindən xəbərdardır. Marneuli rayon icra hakimiyyəti rəhbərliyinin hadisə barədə məlumatı var. Lakin 360-dan çox şagird olan və 40-a yaxın müəllimin işlədiyi orta məktəbin qəzalı vəziyyətdə olması heç kimi narahat etmir", - deyə o bildirib.

Qasımlı kənd sakini Samir Nəbiyev isə kənddə digər təhsil ocağının olmamasından gileylənib: "Biz Azərbaycan dövlətinə də müraciət edirik. Sosial həyat şəraitimiz acınacaqlıdır. Bizə məktəb çox lazımdır. Sərhəd zonasında olan kəndimizdə bir çox çatışmazlıqlar mövcuddur".

Marneuli rayon bələdiyyəsinə Qasımlı kəndindən deputat seçilən Coşqun Zeynalov isə hər il bu məktəbdə oxuyan şagirdlərin tədris ilini yarımçıq başa vurduğunu bildirib: "Biz məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı təşkilatlara müraciət etmişik, lakin yeni məktəb binasının tikiləcəyi vəd olunsa da, bu vədi yerinə yetirən yoxdur. Bu yanğın baş verdikdən sonra bizə təcili məktəb binası tikilməlidir, əks təqdirdə şagirdlər təhsil ala bilməyəcəklər".

Hadisə yerində olan Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Ruslan Hacıyev isə bildirib ki, yanğınla bağlı ona günün ikinci yarısında xəbər verilib və o, dərhal məktəbə gəlib: "Məktəbdəki yanğından Gürcüstan Təhsil Nazirliyinin xəbəri var. Hadisə ilə bağlı nazirlikdə müşavirə keçirilir və müəyyən qərar veriləcək. Sabah nazirliklə məsləhətləşmələrdən sonra dərs prosesinin pozulmaması üçün müəyyən işlər görəcəyik. Qısa bir vaxt ərzində şagirdləri başqa məktəblərə göndərəcəyik. Bunun üçün nəqliyyat vasitələrini də təşkil edəcəyik. Çalışacağıq ki, dərs prosesi pozulmasın".

Qeyd edək ki, Qasımlı kəndində 5 min nəfər əhali yaşayır. Qonşu kəndlərdə isə təhsil üçün şərait yoxdur.

Tarix
2014.12.11 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla