Yuxarı

Moskvada Anara qarşı qiyam: “Pul vermirsizsə…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının bəzi üzvləri qurumu tərk ediblər.

Moskvadakı mənbələrdən Axar.az-a daxil olan məlumata görə, AYB-nin Rusiya filialının maliyyələşməsi kəsiləndən sonra bu şəhərdə yaşayan bir qrup şair və yazıçı Azərbaycan Yaradıcılıq Mərkəzi adlı yeni qurum təsis ediblər.

Qrupa rəhbərlik tarix elmləri doktoru Şərəf Hüseynova tapşırılıb, koordinasiya şurasına isə hüquqşünas Abbas Alıyev, şairə Maya Bədəlbəyli, şair Nəsib Nəbioğlu, şair Sultan Mərzili, jurnalist Roman Ağayev, gənc şair Yaşar Süleymanlı, Tofiq Məlikov, Oqtay Hüseynov, Elmar Quliyev, Səyyaf Abdulov adlı şəxslər seçiliblər.

Mənbənin dediyinə görə, Nəsib Nəbioğlu buna qədər AYB-nin Rusiya filalına başçılıq edib. "Yazıçı Anar bir qədər əvvəl Moskvada olub, onlarla da görüşüb. Elə dar çərçivədə söhbət zamanı məlum olub ki, AYB bundan sonra Moskva filialını maliyyələşdirməyəcək. Bu isə Rusyadakı ədiblər arasında etirazla qarşılanıb. Onlar Anara deyiblər ki, qurumu tərk edəcəklər. Anarın cavabı isə qısa olub: "AYB-nin sizə maliyyə ayırmasına imkanı yoxdur!", - deyə mənbə qeyd edir.

Yeni yaradılan mərkəzdə birləşən bir qrup yazarın yaxın zamanlarda açıqlama verəcəyi də gözlənilir.

Tarix
2014.12.12 / 13:08
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla