Yuxarı

Siyasi partiyalara “qərargah” tələbi nə deməkdir? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış hüquqşünaslar qərargahı olmayan siyasi partiyaların qeydiyyata alınmaması və ya fəaliyyətinin ləğv olunması haqda Milli Məclisin plenar iclasında təklif olunun qərara "Axar.az"da münasibət bildirdilər.

Anlaşılmaz qanun layihəsidir

Hüquqşünas Xalid Bağırov hesab edir ki, təklif olunan layihə anlaşılmazdır:

"Partiyanın harada fəaliyyət göstərməyini nizamlamaq çətindir. Məsələn, biri səyyar partiyadır və ona qərargah lazım deyil. Belə olduqda, qanun bunu necə tənzimləyəcək? ABŞ-da partiyanın strukturları belə yoxdur. Onu da bildirim ki, bu gün texnikanın inkişafı nəticəsində internet vasitəsilə geniş əlaqə imkanı yaranıb. Kiminsə ümumi dəyərlər uğrunda fəaliyyət göstərməsi onların bir ofisdə oturması anlamına gəlmir. Bu gün siyasi sistem daha ciddi islahatlar tələb edir, amma bu, siyasi partiyalara bu cür tələbin qoyulması anlamına gəlməməlidir".

İmkanlar yaradılmalıdır

Vəkil Əsabəli Mustafayevin fikrincə, dövlət qanunda dəyişikliklər etməklə siyasi partiyaların fəaliyyət istiqamətində köməklik göstərməlidir:

"Açığını deyim ki, bu qanun layihəsini təqdir etmirəm. Məncə, demokratikləşmə prosesi gedən ölkədə qanun partiyaların mənzil-qərargahla təmin olumnasına yardım göstərməlidir. İndi özəlləşməmiş qeyri-yaşayış sahələri dövlətin sərəncamındadır. Ona görə də bu qanunla əlavə şərt qoymaq əvəzinə, dövlət siyasi partiyalar üçün müəyyən imkanlar yarada bilər".

Normal qarşılamıram

Hüquqşünas Müzəffər Baxışov da bu layihəni normal qarşılamadığını bildirdi:

"Siyasi partiyaya "qərargahın yoxdursa, siyasi fəaliyyət göstərə bilməzsən" qadağası qoymaq olmaz. Siyasi partiya qanunun tələbinə uyğun qeydiyyatdan keçirsə, o partiyanın qərargahının olub-olmaması fəaliyyətini məhdudlaşdıra bilməz".

Əvvəlcə aydınlıq gətirilsin, sonra...

Hüquqşünas Əlövsət Əliyev isə bildirdi ki, qanun layihəsinin təfsirindən öncə, onunla ətraflı tanış olmaq lazımdır: "Əvvəla, çox yaxşı olardı ki, bu qanun layihəsi ictimai müzakirədən keçirilsin. Təəssüf ki, bu olmayıb və mən də qanun layihəsi haqqında mediadan xəbər tutmuşam. Yəni qanun əlimizdə olmadığı üçün, orda hüquqi baxımdan hansı məsələnin necə qoyulduğunu müstəqil ekspertlər bilmir. Mediadan xəbər tutmuşuq və mənim də diqqətimi çəkən "rəsmi qərargah" sözüdür. Bu ifadəyə də aydınlıq gətirilməlidir. "Rəsmi qərargah" deyəndə, nə nəzərdə tutulur? Partiyanın adına olan özəl əmlak, partiyanın dövlətdən icarələdiyi rəsmi bina, yoxsa hansısa sahibkardan kirayə götürdüyü mənzil? Partiya sədri qərargah kimi öz şəxsi mülkünü formal olaraq hüquqi sənədlərdə "rəsmi qərargah" göstərə bilər, ya yox?

Yəni bütün bu suallara aydınlıq gəlməlidir, ondan sonra layihə haqqında ciddi fikir bildirmək olar".

Tarix
2013.12.10 / 11:24
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla